Flexible Günəş Paneli Nədir?
Flexible Günəş Panelləri adından və şəkildən də göründüyü kimi əyiləbilən yarıəsnək paneldir, digər panel növlərindən çox fərqli alternativ enerji məshuludur. Bu tipli günəş paneli digərlərinə görə daha incə və əsnək materiallardan istehsal olunur.
Flexible Günəş Panellərinin Əsas Özəllikləri Nələrdir?
Bu növ günəş panelləri ya Monokristal ya da Polikristal olur. Flexible Günəş Panellərinin tərkibində istifadə olunan materiallar baxımından çəkisi 2 kq ətrafındadır. Digər panel növlərində isə bu göstərici 17 kq civarıdır. Günəş panellərinin əsnək olması onun dayanıqlılığı baxımından da əlverişlidir. Bu növ günəş panellərin əsasən düşərgə çadırları, elektrikli velosipedlər, səyahət maşınları və təknələrdə istifadə edilir. Bundan başqa səthi düz olmayan damlarda istənilən formada istifadə edilə bildiyi üçün digər günəş panellərinə görə daha əlverişlidir. Çünki yarı əsnək günəş panellərinin montajı zamanı dam örtüyünə uyğunlaşdırılması prosesi digərlərinə nisbətən daha güvənli və rahatdır.
Flexible Günəş Panellərinin Enerji Səmərəliliyi Necədir?
Günəş panellərinin səmərəliliyi aldıqları günəş işığı ilə əlaqədardır. Günəş şüası panelə nə qədər çox gəlirsə, səmərəliliyi də o qədər yüksəkdir. Alternativ enerji məhsulları arasında ən bahalı panel növlərindən biri olan yarı əsnək günəş panelləri çox yüksək effektivliyə malikdir. Bunlar düz olmayan səthlərdə asanlıqla istifadə oluna bildiyindən, aldığı günəş şüaları üçün yer dəyişdirmək qabiliyyəti günəş enerjisinin maksimum səmərəliliyini təmin edir. 20 dərəcəyə qədər əyilə bilən günəş panelləri demək olar ki, 100% səmərəliliyinə səbəb ola bilər. Çünki istəsəniz, günəşə uyğun olaraq şüaların ən çox düşdüyü yerə onu köçürə bilərsiniz.
Ətraflı məlumat üçün (050) 240-97-73 mobil nömrəsinə və ya (012) 511-78-95 şəhər nömrəsinə zəng edə bilərsiniz.
Texnoland
Texnoloji Həllər!