Transformator — bir parametrli (gərginlik və cərəyanlı) elektrik enerjisini tezlik və gücü sabit saxlamaqla digər parametrli (gərginlik ) elektrik enerjisinə çevirən statik qurğudur. Sabit cərəyanın ötürlüməsi mümkün olamdığından transformator dəyişən cərəyanla işləyir. Enerji sahəsində bunlara həm də səssiz elektrik maşınları deyilir.Transformator maqnit axını ilə əhatə olunmuş, bir və ya bir neçə izolə edilmiş məftil dolaqlarından ibarət ola bilir. Məftillər maqnit keçiricisi, yəni ferromaqnit materialdan olan içlik ətrafında dolanır.
İşləməsi Transformatorların uzun müddətli etibarlı işləməsini təmin etmək üçün aşağıdakılar zəruridir:Temperatur və yük rejiminə, gərginliyin səviyyəsinə riayət edilməsi.Yağın keyfiyyətinin və izoləedici xassələrinin normalarına ciddi əməl edilməsi.Soyuducu və gərginliyin tənzimlənməsi qurğularının saz vəziyyətdə saxlanması, yağın keyfiyyətinin qorunması və s.Transformatora xidmət zamanı yağın səviyyəsinə, qaz relesinə, eləcə də yağ nümunəsinin götürülməsinə təhlükəsiz şərait yaradılmalıdır.Transformatorun qızmasına nəzarət etmək üçün mütləq termometr quraşdırılmalıdır.Transformator yarımstansiyası yanğına qarşı mühafizə vasitələri ilə təmin edilməlidir.PQ-lərdə gərqinliyi 20 kv-a qədər olan transformatorlarda maksimal və minimal yüklənmə zamanı gərginliyin və yüklənmənin ölçülməsi ildə 2 dəfədən az olmayaraq aparılmalıdır.İşləməyən transformatorun genişləndiricisində yağın səviyyəsi ətraf mühitin temperaturu minus 450S, plyus 150S, plyus 400S olduqda transformatorda olan yağın səviyyəsinə müvafiq olmalıdır, yəni nəzarət həddindən aşağı olmamalıdır.Qəza rejimlərində transformatorların nominal cərəyandan artıq yüklənməsinə qısa müddətlərdə icazə verilir. Soyuducu mühitdə əvvəlki yüklənmənin və temperaturun müddətindən və qiymətindən asılı olmayaraq aşağıdakı həddlərdə işləmək olar: Yağ transformatorları:Cərəyana görə yüklənmə, % 30, 40, 60, 75, 100 Artıq yüklənmənin müddəti, dəq. 120, 80, 45, 20, 10 Yağ transformatorlarının normadan artıq yüklənməsi (nominal cərəyandan yuxarı 40%-ə qədər) sutka ərzində 6 saatdan çox olmamaq şərtilə həyata keçirilə bilər və 5 sutkadan çox davam edə bilməz. Bu halda başlanğıc yüklənmə əmsalı 0,93-dən çox olmamalıdır.
Ətraflı məlumat üçün (050) 240-97-73 mobil nömrəsinə və ya (012) 511-78-95 şəhər nömrəsinə zəng edə bilərsiniz.
Texnoland
Texnoloji Həllər!