- Tərəflər arasında razılıq əldə edildikdən sonra xidmət müqaviləsi bağlanılır və işin həcminin ən az 50% vəsaiti şirkətin bank hesabına köçürüldükadən sonra sifariş qəbul edilir;
- Sifariş qeydə alındıqdan sonra, avadanlıqların çoxu əsasən Bərpa olunan enerji sahəsində iş sifarişi qəbul olunduqda (İnvertor, Günəş Paneli, ehtiyat batareyaları, kiçik külək qurğuları və s.) xarici ölkələrdən gətirildiyinə görə çatdırılma və sənədləşmə işləri 45 və ya 70 iş günü ərzində tamamlanır. Digər xidmətlər təhvili işin həcmindən asılıdır. Bundan sonra işin həcminə görə, təmir-quraşdırma işləri müqavilədə qeyd olunmuş müddət ərzində tam istismara verilir;
- Qurğulara istehsalçı tərəfindən beynəlxalq zəmanət verilir;
- Bir il ərzində avadanlığa şirkət tərəfindən ödənişsiz servis xidməti göstərilir. Əgər qurğuların hansısa texniki hissəsi müştəri tərəfindən sıradan çıxarsa ehtiyat hissəsinin alınması xərcləri müştəri tərəfindən təmin edilir;
- Avadanlığın quraşdırılmasından bir il keçdikdən sonra müştərilərə autsorsinq formatında texniki xidmətlər göstərərək, yəni Sizin mühəndis kommunikasiya infrastrukturunuzu abunə xidməti sistemi əsasında dəstəkləyirik;
- Tikinti və təmir işlərində eskiz layihə, dizayin işləri və smetanın çıxarılması ödənişlidir. Əgər sifariş qəbul edilərsə ödənilən məbləğ sifarişin məbləğinə daxil ediləcəkdir. Yəni sifariş qəbulundan sonra bu xidmətlər tam ödənişsiz olacaq.
- Konsultasiya xidməti (ölçü-araşdırma işləri) şirkət tərəfindən ödənişli həyata keçirilir, lakin sifarişin icra olunması ilə əlaqədar müqavilə bağlandıqda bu xidmət pulsuz olaraq görülür.
Ətraflı məlumat üçün (050) 240-97-73 mobil nömrəsinə və ya (012) 511-78-95 şəhər nömrəsinə zəng edə bilərsiniz.
Texnoland
Sənin Texnologiyan!