Monokristal Günəş Paneli Nədir?
Monokristalli təmiz silikondan hazırlanan günəş hüceyrələri asanlıqla tanınan xarici görünüşə malikdir, buna tək tək kristal silikon da deyilir.
Monokristal hüceyrələr tünd qara rəngdədir. Ən səmərəli panel növüdür.
Monokristal Günəş Panellərinin Əsas Xüsusiyyətləri Nələrdir?
Alternativ enerji məhsulları olan günəş panelləri rəng baxımından tünddür. Monokristal Günəş Panellərində öncə də qeyd etdiyimiz kimi yüksək dərəcəli silikon mövcuddur. Bu səbəbdən bu tipli günəş panelləri yüksək məhsuldarlığa sahibdir. Monokristal panel daha az yer tutub daha çox enerji istehsal edə bilir. Havanın günəşli olmayan vaxtlarında da yüksək enerji məhsuldarlığına malikdir və isti havalarda FİƏ aşağı düşmədən bundan daha çox enerji istehsal edəbilmə potensialı var. Mono Perc texnologiyalı panelləri isti havalarda belə FİƏ aşağı düşmür.
Hansı Hallarda Monokristal Günəş Panelləri-nin Baxıma Ehtiyacı Var?
Ümumiyyətlə günəş panellərindən istifadə edərkən, bunu bilməlisiniz ki, panellərin daha yaxşı enerji istehsal etməyi üçün zaman-zaman təmizliyə ehtiyacı olur. Monokristal panellər ciddi kölgələnmə yaşadığında, üzəri hər hansı bir yad cisim, yaxud qarla qapandıqda normal olaraq məhsuldarlığı azlır. Bunun üçün də onu kölgəlikdən qorumaq və üzərindəki yad cisimləri, soyuq havalarda qarı mütəmadi təmizləmək lazımdır. Siz bununla onun daha yaxşı enerji istehsal etməyinə şərait yarada, məhsuldarlığını yüksək tuta blərsiniz.
Ətraflı məlumat üçün (050) 240-97-73 mobil nömrəsinə və ya (012) 511-78-95 şəhər nömrəsinə zəng edə bilərsiniz.
Texnoland
Texnoloji Həllər!