Külək Turbinləri (Horizontal oxlu)
Külək turbini — küləyin kinetik enerjisini mexanik enerjiyə çevirən fırlanan mexanizmdir. Əgər mexanik enerji birbaşa istehsalda (nasos, bülov daşı) istifadə olunursa, o halda mexanizm yel dəyirmanı adlanır. Əgər mexanizm mexanik enerjini elektrik enerjisinə çevirərsə, onda o külək generatoru, külək turbini, aerogenerator adlanır.
Horizontal oxlu külək turbinlərində (HOKT) (ingiliscə: Horizontal-axis wind turbines – HAWT) qüllə başında küləyə yönəldilən rotor valı və elektrik generator mövcüd olur. Kiçik turbinlər adi yelqovan ilə küləyin istiqamətini tutur, böyük turbinlər isə külək sensoru və servomotor ilə işlənilir. Turbinlərin çoxunda sürət qutusu mövcüddur. Həmin sürət qutusu qanadların yavaş fırlanmasını elektrik generatoru üçün daha uyğun olan sürətli fırlanmaya çevirir. Çünki qüllə öz arxa tərəfində burulmanı (turbulensiyanı) yaradır, turbin küləyə qarşı yerləşdirilir.
Turbinin qanadları möhkəm materiallardan istehsal olunur, çünki güclü küləklər onları qülləyə tərəf qatlaya bilər. Eyni zamanda qanadlar qüllədən bir arada quraşdırılır və bəzən bir az yuxarı əyilmiş olurlar. Küləklə eyni istiqamətə baxan turbinlər də quraşdırıla bilər, çünki onlar küləyi tutmaq üçün xüsusi mexanizm tələb etmirlər və qanadlar qatlana və güclü küləklərə müqaviməti azalda bilərlər. Amma ona görə ki, dövrlü (təkrar) burulma materialların yorğunluğuna (uçurtmasına) səbəb olar bilər. Ona görə də əksər HOKT məhz küləyə qarşı olurlar.
HOKT üstünlükləri
- Aerodinamik səth və ətrafdakı külək arasında optimal bucağı seçmək üçün kömək edən dəyişkən qanad dirsəyi.
- Uca qüllə daha güclü küləklərə yol tapmaq imkanı verir.
- Yüksək effektivlik, çünki qanadlar həmişə küləyə perpendikulyar şəkildə hərəkət edirlər və fırlanma zamanında fasiləsiz enerjini alırlar. Buna əksinə bütün vertikal turbinlər qismən küləyə qarşı hərəkətləri də daxil edirlər.
HOKT nöqsanları
- 90 metrə qədər uca qüllələri və qanadları nəql etmək çətindir (daşıma təchizatın cəmi qiymətində 20%-a çata bilər).
- Uca qüllələri quraşdırmaq çətindir, bu proses çox hündür və bahalı kranları və peşəkar işciləri tələb edir.
- Ağır qanadlar, sürət qutusu və generatoru saxlamaq üçün iri qüllə lazımdır.
- Uca HOKT-lardan əks etmələr radarlarda qarışıqlıq törədə bilər (halbuki filtr ilə təmizləmə bu effekləri azalda bilər).
- Həmin turbinlərin hündürlüyü çox cəlb edicidir və ətrafdakı mənzərəni pozur.
- Qüllənin arxa tərəfində əmələ gələn burulma nəticəsində küləklə eyni istiqamətdə olan turbinlər uçurtmasından və funksional pozulmalardan zərər çəkirlər.
- Qanadları küləyə qarşı yönəltmək üçün xüsusi mexanizmə ehtiyac olur.
Ətraflı məlumat üçün (050) 240-97-73 mobil nömrəsinə və ya (012) 511-78-95 şəhər nömrəsinə zəng edə bilərsiniz.
Texnoland
Texnoloji Həllər!