Günəş istilik kollektorlarının iş prinsipi günəşin parlaq enerjisinin istilik enerjisinə çevrilməsinə əsaslanır. Bu, kollektorda dolaşan istilik daşıyıcısının (ən çox su, bəzən antifriz) qızdırılması və sonra yığılmış istiliyin ötürülməsi nəticəsində həyata keçir. Başqa sözlə, günəş kollektoru suyun isidici sistemi kimi işləyir, bu da onun tətbiqi sahəsini müəyyənləşdirir (evlərdə isidicilər). Bu qurğu vasitəsilə Siz evlərdə və ya ofislərdə qaza və elektrik enerjisinə kifayət qədər qənaət etmiş olacaqsınız. Təhlükəsiz və ekoloji təmiz istilik enerjisi əldə edəcəksiniz. Texnoland MMC olaraq bu sahədə öz dəstəyimizi göstərə bilərik.
Ətraflı məlumat üçün (050) 240-97-73 mobil nömrəsinə və ya (012) 511-78-95 şəhər nömrəsinə zəng edə bilərsiniz.
Texnoland
Texnoloji Həllər!