Bifacial Günəş Paneli Nədir?
ikitərəfli Bifacial Günəş Panelləri son illərin ən innovativ və möhtəşəm layihələrindən biridir. Belə ki, alternativ enerji sektorunda bir ilkə imza atmış bu tipli panellərin satışa çıxarılmasıyla günəşdən alınan enerji məhsuldarlığı dəfələrlə artmışdır. Onu bu qədər məhsuldar edən nüans isə bu tipli günəş panellərinin hər iki tərəfindən (arxa və ön) günəş şüalarının udulmasıdır.
İkitərəfli Panellərinin Əsas Xüsusiyyətləri Nələrdir?
İkitərəfli günəş panelləri rənglərinə görə əsasən tünd göy və qara tonlarda olur. Bu tipli günəş panellərində yuxarıda qeyd edildiyi kimi ikitərəfli olduğu üçün yüksək enerji məhsuldarlığı mövcuddur.
İkitərəfli günəş paneli modelləri bir müddətdir satış bazarında olsa da, hələ də məşhurlaşa bilməyib. Ancaq bu növ panellər kölgəli yerlərdə, yaxud binalara inteqrasiya edilən panel növlərindən biri BIPV layihələri üçün çox uyğundur. Bundan əlavə həm şaquli, həm də üfüqi formada qoyulduqda yüksək məhsuldarlıqla işləyə bildikləri üçün magistrallarda, dəmir yollarında, balustradlarda və standart günəş panellərinin quraşdırılmasının çətin olacağı oxşar yerlərdə istifadə edilə bilər. İkitərəfli günəş panelləri şaquli olaraq və şərq-qərb istiqamətində yerləşdirildiyi zaman optimal bucaqla cənuba əyilmiş formada yerləşdirilmiş birtərəfli günəş paneli modellərinə çox yaxın səviyyədə enerji istehsal edə bilir.
İkitərəfli Bifacial Günəş Panellərindən Maksimum Necə Faydalanmaq Olar?
Fərqli quraşdırılma formalarında ikitərəfli bifacial günəş panelləri bəzi avantajlar təmin etsə də, ən böyük enerji məhsuldarlığı yenə də təktərəfli panellər kimi onların da optimal bucaq altında cənuba baxacaq şəkildə yerləşdirilməsi nəticəsində ortaya çıxır. Bu modellər həm ön, həm də arxa tərəflərindən elektrik istehsal edə bildikləri üçün enerji məhsuldarlığı ön və arxa tərəfdən istehsal olunun enerjinin cəminə bərabərdir. Normal günəş panellərində maksimum enerji məhsuldarlığı üçün panellərə kölgə düşməsinin əngəllənməsi lazım olduğunu hər birimiz bilirik. İkitərəfli günəş paneli modelləri istifadə edildiyi zaman bunla bərabər panellərin altında nəyin olduğu da enerji performansına müəyyən təsirlərini göstərir.
Ətraflı məlumat üçün (050) 240-97-73 mobil nömrəsinə və ya (012) 511-78-95 şəhər nömrəsinə zəng edə bilərsiniz.
Texnoland
Texnoloji Həllər!