Külək Turbinləri (Vertikal oxlu)
Külək turbini — küləyin kinetik enerjisini mexanik enerjiyə çevirən fırlanan mexanizmdir. Əgər mexanik enerji birbaşa istehsalda (nasos, bülov daşı) istifadə olunursa, o halda mexanizm yel dəyirmanı adlanır. Əgər mexanizm mexanik enerjini elektrik enerjisinə çevirərsə, onda o külək generatoru, külək turbini, aerogenerator adlanır.
Vertikal oxlu külək turbinlərində (VOKT) (ingiliscə: Vertical-axis wind turbines – VAWT) rotor valı vertikal vəziyyətdədir. Bu quruluşun əsas üstünlüyü odur ki, turbini küləyə yönəltmək lazım deyil. Külək çox dəyişkən olduğu ərazilərdə bu üstünlük aşkardır. Vertikal oxlu turbinlərdə generator və sürət qutusu yerə yaxın yerləşdirilə bilər və qüllə ilə onları saxlamaq lazım deyil. Ona görə də turbinlərin istismarı da asanlaşır. Nöqsan isə odur ki, qanadlar küləyə qarşı da fırlanırlar və fırlanma momenti dəyişkən olur. Eyni zamanda vertikal turbinləri qüllələrdə quraşdırmaq çətindir və onlar əsasən bünövrəyə yaxın yerləşdirilir. Misal üçün yerdə və ya binaların damlarında. Küləyin gücü isə kiçik hündürlükdə zəifdir. Yerə və digər obyektlərə yaxın hava cərəyanında burulma (turbulensiya) əmələ gələ bilər. Həmin burulma vibrasiyaya səbəb olur, hansı ki, səs-küy salır və istismar müddətini azaldır. Lakin əgər turbin binanın damında yerləşdirilərsə (bina əsasən küləyi öz üstünə çəkir) o iki qat güclü küləyi tuta bilər. Optimal halda maksimum külək gücünə və minimal burulmaya nail olmaq üçün damın hündürlüyü binanın hündürlüyünün təxminən 50%-də olmalıdır. 1970-ci və 1980-ci illərdə Enerji Nazirliyi tərəfindən vertikal oxlu turbinlər arasında ciddi araşdırmalar həyata keçirilmişdir. Nöqsanlara görə bütün növlərdən heç biri bazarda uğur tapa bilməyib. "...effektivliyin nəticəsi olan elektrik qiymətinə, etibarlığa, materialların qənaətliliyinə gəlmişkən, vertikal turbinlər horizontlar ilə rəqabət apara bilmirlər". Əlavə olaraq, vertikal turbinlər istehsalçılarının bəyanatları sübutsuzdur və ya yanlışdır.
VOKT üstünlükləri
- İri qüllə nadir hallarda istifadə olunur, turbinlər yerə yaxın yerləşdirilir və onların istismarı asanlaşır.
- Dəyişməyən rotor əyriliyi olan növlərdə küləyi tutmaq üçün xüsusi mexanizmə ehtiyac olunmur.
- VOKT-larda başlanğıc külək sürəti HOKT-lara nisbətən aşağıdır. Adətən onlar elektrik enerjisini 10 km/s külək sürətində istehsal edirlər.
- Uca quruluşlar qadağan olunduğu yerlərdə VOKT-lar tikilə bilər.
- Yerdə yerləşən təpələr, dağlar təbii tunel kimi olaraq küləyi sürətləndirirlər.
- VOKT-lar daha az səs-küyə səbəb olurlar.
VOKT nöqsanları
- Çoxlu VOKT-lər HOKT-lərin effektivliyindən ancaq 50% istehsal edə bilirlər çünki onların qanadları küləyə qarşı da fırlanırlar.
- Saxlayıcı uzadılma məftilləri ilə olan VOKT-lər aşağı istinad nöqtəsinə yüksək təzyiq edirlər, çünki rotorun çəkisi bu istinadın üstündədir. Saxlayıcı uzadılma məftilləri isə küləyin ani şiddəti halında bu təzyiqi artırırlar. Bu problemi həll etmək üçün superquruluş lazımdir ki, yuxarı istinad nöqtəsini saxlasın.
- Pis texniki planlaşdırma halında VOKT-lərin təmiri çətin ola bilər, çünki bütün çəki bünövrəyə düşür və bəzi hissələri dəyişmək üçün bütöv konstruksiyanı sökmək gərəkdir.
- Çünki rotorlar yerə yaxın yerləşdirilir, harda ki, külək sürəti aşağıdır, VOKT-lər eyni bünövrə səthində və ya eyni hündürlükdə olan horizontal turbinlər kimi eyni enerjini istehsal edə bilmir.
- Ona görə ki, VOKT-lər ciddi nöqsanları nəzərə alınaraq geniş şəkildə istifadə olunmur, onlar külək sənayesi ilə tanış olmayanlar üçün geyri-adi görünür. Bu son 50 il müddətində HOKT-lərin ətrafında sərt iddialara və investisiya fırıldaqlarına səbəb olurdu.
Ətraflı məlumat üçün (050) 240-97-73 mobil nömrəsinə və ya (012) 511-78-95 şəhər nömrəsinə zəng edə bilərsiniz.
Texnoland
Texnoloji Həllər!