Fevralın 22-də müxtəlif dövlət qurumları, beynəlxalq maliyyə institutları, özəl sektor təmsilçiləri və müstəqil ekspertlərin iştirakı ilə “Binalar üçün Milli Renovasiya Proqramının hazırlanması məqsədilə enerji səmərəliliyi bazarının qiymətləndirilməsinin ilkin nəticələri” mövzusunda seminar keçirilib. Bu seminarda təşkilatçıların dəvəti ilə Texnoland MMC-nin nümayəndəsi iştirak etmişdir.

Tədbir Avropa İttifaqının Azərbaycan üçün Çevik Texniki Yardım Aləti (AZTAF) çərçivəsində Dünya Bankı tərəfindən həyata keçirilən “Enerji səmərəliliyi və iqlim” texniki yardım layihəsi çərçivəsində təşkil olunub.

Seminarda açılış nitqi ilə çıxış edən Energetika Nazirliyinin Enerji səmərəliliyi şöbəsinin müdiri Nərgiz Bağırlı son 3 il ərzində Azərbaycanda enerji səmərəliliyi sahəsində müvafiq hüquqi və tənzimləyici çərçivənin təsdiq olunduğunu qeyd edib. Bildirilib ki, ölkənin enerji istehlakında əsas paya malik olan binalarda enerjiyə qənaətin təmin edilməsi məqsədilə “Özəl və ictimai binalar üçün Milli Renovasiya Proqramı”nın hazırlanması Azərbaycan Respublikasının 2022-2026-cı il üçün sosial-iqtisadi inkişaf Strategiyasının Tədbirlər Planında nəzərdə tutulub. Hazırda binalarda enerji istehlakının qiymətləndirməsi aparılmaqla müvafiq tədbirləri özündə əks etdirən təkliflərin hazırlanmaqda olduğu vurğulanıb. Milli Renovasiya Proqramının enerji resurslarımızdan səmərəli istifadə ilə yanaşı iqlim dəyişmələrinin qarşısını almaq məqsədilə beynəlxalq səviyyədə götürdüyümüz öhdəliklərə verəcəyi töhfələrdən bəhs edilib.

Daha ətraflı: https://minenergy.gov.az/az/xeberler-arxivi/00180?fbclid=IwAR3ccZ7hPUQG4j305rXIYS5pIfM8w3YiJqwVcbAIaE5wlRRNyjApKb6PoeM 


Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

25 dekabr 2023, 11:05
Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir.

Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.

Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürmüşdür.

İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunmuşdur. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur.

Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı tədbirlər planına dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 dekabr 2023-cü il 


Texnoland şirkətinin əməkdaşları 13.06.2023-cü il tarixində, Astara rayonu İcra Hakimiyyətinin təşəbbüsü ilə təşkil olunan tədbirdə fermerlər və rayon sakinləri ilə görüşdü. Görüş zamanı Bərpa olunan enerji mənbələri sahəsi barədə maarifləndirmə işləri ilə yanaşı, bu sahənin kənd təsərrüfatında tətbiqinin üstünlükləri də izah edildi. Sahibkarlara maarifləndirici buklet və kataloqlar təqdim edildi. Bu tədbirin təşkilinə görə Astara rayonu İcra başçısı Q.Ağayevə və müavini İlqar müəllimə təşəkkür edirik.

Texnoland şirkəti Azərbaycanda keyfiyyətli elektrik avadanlıqları ilə xidmət göstərmək məqsədilə bir neçə Türkiyədə adaları irəli gələn şirkətlər ilə ilkin razılığa gəlinmişdir. Bununla da şirkətimiz Günəş enerji sistemlərində istifadə olunacaq panel və invertorların Türkiyə istehsalı olmasına üstünlük veriləcəkdir. 


Haqqımızda

Bizim ixtisaslaşmış komanda müasir bazar tələblərinə uyğun olaraq müştərilərimizin məqsədlərinə çatması üçün inteqrasiya edilmiş, müstəqil xidmətlər və innovativ həll yolları təklif edir.

BAZAR ERTƏSİ - CÜMƏ GÜNÜ
09:00 - 18:00
ŞƏNBƏ
10:00 - 14:00

Bizə zəng edin

 +994512506565;

 +994512506565;

 +994125117895.

Bizə yazın

© 2015 - Texnoland MMC. Texnoloji Həllər!