“TEXNOLAND” Məhdud Məsuliyyətli Cəmiyyətinin
KORPORATİV ETİKA QAYDALARI
ÖN SÖZ
Korporativ Etika Qaydalarının ( bundan sonra “Etika Qaydaları”) məqsədi:
- «Texnoland» Məhdud Məsuliyyətli Cəmiyyətində ( bundan sonra “Cəmiyyət” ) yüksək etik davranış standartlarının tətbiqinə nail olmaq;
- “Cəmiyyət” daxilində etik davranışı həvəsləndirmək və qeyri-etik davranışa görə cəzalandırmaq;
- Rəhbərlikdə olanlar və işçilər tərəfindən yerinə yetirilməli olan müvafıq standart və davranışa əsaslanan etik davranışı "Cəmiyyət" daxilində inkişaf etdirməkdir.
“Cəmiyyət”in Nizamnaməsi və Əsasnamələri də daxil olmaqla, "Etika Qaydaları"nın qəbulu, həyata keçirilməsi və daimi yenilənməsi yolu ilə “Cəmiyyət” etik davranış qaydalarının tətbiqi və təşviqini həyata keçirmək əzmindədir. Etika sadecə olaraq hüquqa tebeçilik məsələsini əhatə etmir. Nəticə etibarilə, işçilər, investorlar və cəmiyyətdə inamı tərbiyə etmək da daxil olmaqla, “Etika Qaydaları” bu gün Azərbaycanda geniş yayılmış hüquqi və nizamlayıcı çərçivədən kənara çıxır. “Etika Qaydaları” həm milli, həm də beynəlxalq miqyasda tanınmış prinsip və təcrübəni əhatə edir.
“Cəmiyyət”in rəhbər orqanları və işçiləri bu “Etika Qaydaları”nı özlərinin birgə öhdəlikləri kimi qəbul edirlər və “Cəmiyyət" daxilində ( və “Cəmiyyət”in törəmə müəssisələrində ) “Etika Qaydaları”nın mahiyyəti və şərtlərinə hörmət edilməsi və onların yerinə yetirilməsini təmin etmək öhdəliyini üzərilərinə götürürlər.
Bu “Etika Qaydaları” hər il yenidən nəzərdən keçirilməklə yenilənir və “Cəmiyyət”in rəsmi internet səhifəsində (www.texnoland.az) yerləşdirilir.
1. “Cəmiyyət”in önəm verdiyi dəyərlər
“Cəmiyyət” bütün daxili və xarici əlaqələrində öz öhdəliklərini aşağıdakı dəyərlərə əsaslanaraq yerinə yetirir:
- şəffaflıq,
- məsuliyyət,
- səmərəlilik,
- ətraf mühitin mühafizəsi,
- sosial məsuliyyət
2. “Cəmiyyət”in Etik Prinsipləri
“Cəmiyyət" işgüzar fəaliyyətinin bütün aspektlərində etik davranmağı öhdəsinə götürür.
“Cəmiyyət”in etik standartları aşağıdakı prinsiplərə əsaslanır:
- Düzgünlük;
- Vicdanlılıq;
- Ədalətlilik;
- Şəffaflıq.
Eyni zamanda, “Cəmiyyət” işgüzar əlaqədə olduğu bütün subyektlərdən eyni davranışı gözləyir.
“Cəmiyyət”in etik standartları aşağıdakılara istiqamətlənmişdir: işçilər, müştərilər, işgüzar tərəfdaşlar, hökumət, və geniş anlamda bütün ictimaiyyət. Bu etik standartlar, həmçinin, bütün işgüzar aləmə ( habelə bütün törəmə müəssisələrə ) aid olmalıdır.
“Cəmiyyət”in etik standartları aşağıdakılara əsaslanır:
- Qanunun aliliyi və Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə hörmət;
- İnsan hüquqlarına hörmət;
- Biznesin vicdanlılıq və ədalətlilik çərçivəsində həyata keçirilməsi, rüşvət və korrupsiyanın və ya oxşar qəbul olunmaz işgüzar təcrübənin rədd edilməsi və işgüzar ənənədən irəli gələn və əhəmiyyətsiz olduğu və nadir hallarda baş verdiyi hallar istisna olmaqla hədiyyənin verilməsi və qəbul edilməsindən imtina;
- “Cəmiyyət”in bütün əlaqələrində qarşılıqlı faydanın yaradılması;
- inamın yaradılması və tərbiyə edilməsi;
- “Cəmiyyət”in fəaliyyət göstərdiyi cəmiyyətə, həmçinin, ətraf mühitə hörmətin nümayiş etdirilməsi.
“Cəmiyyət” etik davranışın inkişafına yönələn spesifik ölçüləbilən hədəflər müəyyən etməlidir,
3. “Cəmiyyət”in maraqlı tərəflərlə qurduğu əlaqələrdə rəhbər tutduğu etik standartlar
- İşçilər
“Cəmiyyət” işçilərini uğura çatmaqda əsas təməldaşı kimi qiymətləndirir. “Cəmiyyət” bütün işçiləri ilə ləyaqət, inam və hörmətlə rəftar etməyi və Azərbaycan Respublikasının əmək qanunvericiliyinə və insan hüquqlarına əsaslanan uzunmüddətli əlaqələr qurmağı öz öhdəsinə götürür.
“Cəmiyyət” uşaq əməyindən istifadə etmir, “Cəmiyyət”in siyasəti işçilərini sağlam və təhlükəsiz iş şəraiti ilə təmin etmək və bu şəraiti daima təkmilləşdirməkdir.
Maraqların toqquşması sözün əsl mənasında və ya ən azından “Cəmiyyət"in işçilərinin fikirlərini və obyektivliyini kölgə altına qoya bilər. Maraqların toqquşmasına yol verilməməlidir. Bu halın qaçılmaz olduğu hallarda işçilər öz rəhbərlərini bu barədə xəbərdar etməli və toqquşan maraqlar çərçivəsində qərar qəbul etmək mərhələsindən özlərini uzaq tutmalıdırlar. “Cəmiyyət” bərabər imkanlara malik işəgötürəndir.“Cəmiyyət” in işə qəbul, həvəsləndirmə və mükafatlandırma siyasəti ləyaqətə əsaslanır və ayrı- seçkilikdən uzaqdır. Təmiz və şəffaf siyasətlər inkişaf etdirilməli və həyata keçirilməlidir,
İş yerində ayrı-seçkilik və ya təhqiramiz hərəkətlərə yol verilməyəcəkdir. Ayrı-seçkilik və təhqiramiz hərəkətlərdə ittiham ətraflı araşdırılacaq və “Cəmiyyət” daxilində müvafiq səlahiyyətli şəxs ( Etika məsələləri üzrə məsul şəxs ) tərəfindən baxılacaqdır. İşçilər öz fəaliyyətinə görə yerinə yetirdikləri vəzifələrə, konstruktiv və daimi keçirilən üzbəüz görüşlərə əsaslanaraq tanınacaq və mükafatlandırılacaqlar.
“Cəmiyyət” bütün işçilər tərəfindən məxfi və daxili məlumatın istifadəsini qadağan edir və daxili peşə və daxili məlumatı tənzimləyəcək təfərrüatlı proseduru inkişaf etdirmişdir,
Şəffaflıq maraqlarından irəli gələrək, “Cəmiyyət” işçilərlə iş şəraiti və ya onların maraqlarına təsir edəcək başqa məsələlərlə bağlı daimi danışıqlar və məsləhət iclasları keçirir.
- Müştərilər
Müştərinin razı qalması “Cəmiyyət”in əsas marağıdır. Təhlükəsiz və yüksək keyfiyyətli məhsul və xidmətlər və satışdan sonrakı müvafiq xidmət “Cəmiyyət”in müştəriləri ilə əlaqələrini müəyyən edir.
“Cəmiyyət” hər zaman verdiyi vədləri yerinə yetirmək əzmindədir.
- İşgüzar tərəfdaşlar “Cəmiyyət" inanır ki, işgüzar tərəfdaşlarla (təchizatçılar, podratçılar, kreditorlar və s.) uzunmüddətli əlaqələrin hörmət, inam, düzgünlük və ədalət üzrə qurulması uğurun əldə edilməsi üçün vacibdir.
“Cəmiyyət” işgüzar tərəfdaşları özünün etika standartları ilə paylaşmağa həvəsləndirəcəkdir. “Cəmiyyət" müqavilə şərtlərini yerinə yetirəcək və işgüzar əlaqələrə hörmətlə yanaşacaqdır. Belə ki:
- Müqavilə danışıqları qarşılıqlı hörmət və faydaya əsaslanaraq keçiriləcəkdir;
- İşgüzar əlaqələr vaxtında və keyfiyyətli səviyyədə aparılacaq və müvafiq standartlara əsaslanacaqdır,
- Kommersiya mübahisələri zamanı “Cəmiyyət" konsensus və məsələnin ədalətli həllinə çatmaq üçün danışıqları vicdanla aparacaq.
“Cəmiyyət" Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq fəaliyyət göstərəcək və yalnız etibarlı təchizatçılar, işgüzar müştərilər və qanuni əsasla fəaliyyət göstərən və ehtiyatları qanuni mənbədən əldə olunan digər tərəfdaşlarla işgüzar əlaqələr quracaqdır.
- Hökumət
“Cəmiyyət” üzərinə düşən vergiləri və digər məcburi ödəmələri tam və vaxtında ödəyəcəkdir. “Cəmiyyət” məcburi məcəllələr və rəhbər qaydalar da daxil olmaqla bütün tənzimləyici aktlara tabedir. '‘Dövlət agentlikləri və ya rəsmiləri ilə, və ya dövlət agentliyi və ya rəsmilərinin tabeçiliyində olan və ya tərəfindən idarə edilən hər hansı şirkətlə bağlı sazişlər şəffaf prosedurlar əsasında qurulacaqdır.
- Cəmiyyət və ictimaiyyət
“Cəmiyyət" özünü fəaliyyət göstərdiyi cəmiyyətin bir hissəsi kimi görür və hörmət, inam, düzgünlük və ədalətə əsaslanan möhkəm əlaqələr qurmaq niyyətindədir.
“Cəmiyyət” iqtisadi cəhətdən mümkün olduqda iş yerləri yaradacaq və yerli istedadları inkişaf etdirəcəkdir.
Ətraf mühitin qorunması “Cəmiyyət” üçün çox vacibdir.
“Cəmiyyət” tullantıları azaltmaq və enerjidən səmərəli istifadə etmək yolu ilə fəaliyyəti nəticəsində ətraf mühitə dəyən təsiri minimuma endirməyə çalışır, “Cəmiyyət” fəaliyyətini və bütün əməliyyatlarını yüksək qayğı standartları və ümumtanınmış prinsiplərə uyğun həyata keçirir.
"Cəmiyyət” daimi açıq dialoqlar yolu ilə fəaliyyət göstərdiyi cəmiyyətin xüsusi inkişaf ehtiyaclarını müzakirə etmək niyyətindədir.
4. Məcəllənin icrası
- Məsləhətin əldə edilməsi üsulları
Bir çox işgüzar qərarlar mürəkkəbdir və etik seçim etməyi tələb edən dilemmaları özündə cəmləşdirə bilər. Qeyri-müəyyənlik hallarında işçilər məsuliyyət və yaranmış etik dilemmanı şirkət rəhbəri ilə paylaşmalıdırlar. Bütün işçilər birbaşa Etika məsələləri üzrə məsul şəxsdən məsləhət almaq hüququna malikdirlər və bu şəxs bu məcəllədə göstərilən dəyərlərə uyğun məsləhət verməli və tədbir görməlidir.
- Proses və Məsuliyyət
Hər bir şəxsiyyət öz etik davranışına görə cavabdehdir. “Etika Qaydalan"nın icra edilməsi bütün işçilər üçün vacibdir, bütün işçilərin əmək müqavilələrinə istinad kimi daxil olur və bütün nizam-intizam qaydalarına əlavə edilir. Şirkətin rəhbər işçiləri “Etika Qaydaları”nın idarə daxilində həyata keçirilməsinin, bütün işçilər tərəfindən başa düşülməsinin və “Etika Qaydaları” ilə müəyyən edilən standartlara uyğun fəaliyyət göstərməsinin təmin edilməsinə görə "Cəmiyyət”in direktorunun qarşısında cavabdehlik daşıyırlar. "Etika Qaydaları”nda göstərilən prinsip və şərtlər “Cəmiyyət”in daxili nəzarət sisteminə daxildir. Riayət etmənin ölçülməsi, çatışmazlıqların və boşluqların müəyyən edilməsi və bu cür çatışmazlıqlar və boşluqların aradan qaldınlması üçün tədbirlər görülməsinin ciddi və obyektiv prosesi daima yenidən baxılmalı və zərurət olduqda dəyişdirilməlidir.
- Təlimlər Proqramı
“Cəmiyyət” bütün yeni işçilər üçün təlim kursları təşkil etməlidir. Bu kurslar “Etika Qaydaları”nın praktik nümunələrini və tətbiqini tələb edir.
Dövrü və ixtisaslaşdınlmış təlim kursları "Cəmiyyət”in davamlı peşəkar təhsil proqramının bir hissəsi kimi təklif edilir.
“Texnoland” MMC-nin direktorunun 20.10.2023-cü il tarixli, EQ-20/10/23-t №-li əmri ilə təsdiqlənmişdir.