Texnoland şirkətinin əməkdaşları 13.06.2023-cü il tarixində, Astara rayonu İcra Hakimiyyətinin təşəbbüsü ilə təşkil olunan tədbirdə fermerlər və rayon sakinləri ilə görüşdü. Görüş zamanı Bərpa olunan enerji mənbələri sahəsi barədə maarifləndirmə işləri ilə yanaşı, bu sahənin kənd təsərrüfatında tətbiqinin üstünlükləri də izah edildi. Sahibkarlara maarifləndirici buklet və kataloqlar təqdim edildi. Bu tədbirin təşkilinə görə Astara rayonu İcra başçısı Q.Ağayevə və müavini İlqar müəllimə təşəkkür edirik.

Texnoland şirkəti Azərbaycanda keyfiyyətli elektrik avadanlıqları ilə xidmət göstərmək məqsədilə bir neçə Türkiyədə adaları irəli gələn şirkətlər ilə ilkin razılığa gəlinmişdir. Bununla da şirkətimiz Günəş enerji sistemlərində istifadə olunacaq panel və invertorların Türkiyə istehsalı olmasına üstünlük veriləcəkdir. 


17-19 may tarixlərində Baku Expo Sərgi Mərkəzində keçiriləcək Caspian Agro 16-cı Azərbaycan Beynəlxalq sərgisində Texnoland MMC-də təmsil ediləcək. Bu sərgidə Texnoland MMC kənd təsərüfatı sahəsində istifadə məqsədli Bərpa olunan enerji sektoruna aid qurğu və avadanlıqlar sərgiləyəcəkdir.


Günəş panellərinin geniş istifadə sahəsi olmasına baxmayaraq, bəzi yeniliklərə hələ də ehtiyac vardır. Belə ki, yeni quraşdırılma üsulu ilə hazırlanmış şaquli günəş panelləri həm ərazidə, həm də torpaqda su itkisində qənaət edilməsinə töhvədir. Şaquli günəş panelləri torpaq və suyun səmərəliliyini təmin edə bilər. Dünya ölkələri fosil yanacaqdan əldə edilən enerjidən uzaqlaşmaq istəyərkən, son illərdə günəş enerjisinə daha çox maraq yaranmışdır. Avropa sərt qışla mübarizə üçün günəş enerjisindən istifadəni sürətlə artırdığı üçün bu sahədə də innovativ həll yollarını axtarır. ABŞ-ın Kaliforniya ştatında yerləşən Sunstall şirkəti tərəfindən Sunzaun adlanan şaquli günəş panelləri məhz bu yeniliyin məhsuludur. Şaquli günəş panelləri böyük ölçüdə ərazilərin qənaətinə təminat verir. Şaquli günəş panellərinin ən böyük üstünlüyü yerə qənaətdir. Quraşdırılma baxımından ənənəvi günəş enerjisi sistemlərinə çox bənzəyən şaquli günəş panelləri iki (bifacial) səthli formaya malikdir. Quraşdırıldıqda hasara və ya divara bənzəyən görüntü yaradan şaquli günəş panelləri adi panellərlə eyni elektrik enerjisi istehsal imkanına malikdir. Bu panellər əkinçilik sahələrində bitkiləri yüksək günəş işığından qoruya və həmçinin su istifadəsini azalda bilər. Əslində, yüksəyə qaldırılmış günəş panelləri sistemləri var və onlar tez-tez kənd təsərrüfatı sahələri üçün istifadə olunur. Aqrivoltaik adlanan sistem əkin sahəsindəki məhsulu intensiv günəş işığından qoruyur, eyni zamanda su itkisini azaldır. Bununla belə, bu sistemlərin tikinti dəyəri kifayət qədər yüksəkdir. Lakin şaquli günəş panelləri xərc və quraşdırma baxımından çox daha üstünlüklü və sadə bir quruluşa malikdir. Bu panellər iki üzlü olduğundan, onlar da quraşdırma məhdudiyyətləri yoxdur. Hazırda bu sistem Kaliforniya şərab zavodunda 23 kVt gücdə quraşdırılıb. Şaquli günəş panelləri yalnız kənd təsərrüfatı sahələrində deyil, həm də yol kənarlarında, dəmir yollarında, hasarlarda və hətta eyvanlarda istifadə edilə bilər.

 

Bizim işimiz müştərilərimizə daha yeni innovativ həll yollarını təklif etməkdir.


Haqqımızda

Bizim ixtisaslaşmış komanda müasir bazar tələblərinə uyğun olaraq müştərilərimizin məqsədlərinə çatması üçün inteqrasiya edilmiş, müstəqil xidmətlər və innovativ həll yolları təklif edir.

BAZAR ERTƏSİ - CÜMƏ GÜNÜ
09:00 - 18:00
ŞƏNBƏ
10:00 - 14:00

Bizə zəng edin

 +994512506565;

 +994512506565;

 +994125117895.

Bizə yazın

© 2015 - Texnoland MMC. Texnoloji Həllər!