“Binalar üçün Milli Renovasiya Proqramının hazırlanması məqsədilə enerji səmərəliliyi bazarının qiymətləndirilməsinin ilkin nəticələri” mövzusunda seminar keçirilib

Fevralın 22-də müxtəlif dövlət qurumları, beynəlxalq maliyyə institutları, özəl sektor təmsilçiləri və müstəqil ekspertlərin iştirakı ilə “Binalar üçün Milli Renovasiya Proqramının hazırlanması məqsədilə enerji səmərəliliyi bazarının qiymətləndirilməsinin ilkin nəticələri” mövzusunda seminar keçirilib. Bu seminarda təşkilatçıların dəvəti ilə Texnoland MMC-nin nümayəndəsi iştirak etmişdir.

Tədbir Avropa İttifaqının Azərbaycan üçün Çevik Texniki Yardım Aləti (AZTAF) çərçivəsində Dünya Bankı tərəfindən həyata keçirilən “Enerji səmərəliliyi və iqlim” texniki yardım layihəsi çərçivəsində təşkil olunub.

Seminarda açılış nitqi ilə çıxış edən Energetika Nazirliyinin Enerji səmərəliliyi şöbəsinin müdiri Nərgiz Bağırlı son 3 il ərzində Azərbaycanda enerji səmərəliliyi sahəsində müvafiq hüquqi və tənzimləyici çərçivənin təsdiq olunduğunu qeyd edib. Bildirilib ki, ölkənin enerji istehlakında əsas paya malik olan binalarda enerjiyə qənaətin təmin edilməsi məqsədilə “Özəl və ictimai binalar üçün Milli Renovasiya Proqramı”nın hazırlanması Azərbaycan Respublikasının 2022-2026-cı il üçün sosial-iqtisadi inkişaf Strategiyasının Tədbirlər Planında nəzərdə tutulub. Hazırda binalarda enerji istehlakının qiymətləndirməsi aparılmaqla müvafiq tədbirləri özündə əks etdirən təkliflərin hazırlanmaqda olduğu vurğulanıb. Milli Renovasiya Proqramının enerji resurslarımızdan səmərəli istifadə ilə yanaşı iqlim dəyişmələrinin qarşısını almaq məqsədilə beynəlxalq səviyyədə götürdüyümüz öhdəliklərə verəcəyi töhfələrdən bəhs edilib.

Daha ətraflı: https://minenergy.gov.az/az/xeberler-arxivi/00180?fbclid=IwAR3ccZ7hPUQG4j305rXIYS5pIfM8w3YiJqwVcbAIaE5wlRRNyjApKb6PoeM 


Haqqımızda

Bizim ixtisaslaşmış komanda müasir bazar tələblərinə uyğun olaraq müştərilərimizin məqsədlərinə çatması üçün inteqrasiya edilmiş, müstəqil xidmətlər və innovativ həll yolları təklif edir.

BAZAR ERTƏSİ - CÜMƏ GÜNÜ
09:00 - 18:00
ŞƏNBƏ
10:00 - 14:00

Bizə zəng edin

 +994512506565;

 +994512506565;

 +994125117895.

Bizə yazın

© 2015 - Texnoland MMC. Texnoloji Həllər!